• $
  • £

Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il, Azad Məmmədli 12 il həbs cəzası aldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan 10 il, Azad Məmmədli 12 il həbs cəzası aldı
16.03.2026 13:47

Bakı Ağır Cinayətlər Məhkəməsi Fransa xüsusi xidmət orqanları üçün casusluqda və dövlətə xəyanətdə təqsirləndirilən Martin Ryan və Azad Məmmədli barədə hökm çıxarıb.


Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Martin Ryan 10 il, Azərbaycan vətəndaşı Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına əsasən, hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Məhkəmə həmçinin qərara alıb ki, Martin Ryan cəza müddəti başa çatdıqdan sonra Azərbaycan ərazisindən deportasiya edilsin.
İttiham aktına görə, “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryan Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) Bakıdan sonradan “persona non grata” elan edilərək ölkədən çıxarılan əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub və agent kimi istifadə edilib.
İstintaq materiallarında qeyd olunur ki, o, Fransa xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda istehsal olunan silah-sursat, Azərbaycan Ordusunun komplektləşdirilməsi, hərbi xidmətdə olan və ehtiyata buraxılmış şəxslər, eləcə də Azərbaycanın bir sıra ölkələrlə hərbi əməkdaşlıq planları və silah idxalı ilə bağlı məlumatların əldə edilməsinə çalışıb.
Təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.
Cinayət işi üzrə Martin Ryan Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq), Azad Məmmədli isə 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Cəmiyyət 18:30
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib
Cəmiyyət 18:24
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib

Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Cəmiyyət 17:43
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol