• $
  • £

FHN bayram ilə əlaqədar əhaliyə müraciət edib

FHN bayram ilə əlaqədar əhaliyə müraciət edib
17.03.2026 09:14

Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair birgə müraciət edib.

APA xəbər verir ki, müraciətdə deyilir:

"Novruz bayramı ərəfəsində, xüsusən çərşənbə axşamlarında tonqalların qalanması əsrlərdir xalqımızın tarixi köklərə əsaslanan adət-ənənələrindəndir. Amma bu bayram ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğunu da unutmamalıyıq. Xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada bilər.

Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təəssüf ki, hər il Novruz şənlikləri zamanı ehtiyatsızlıq səbəbindən yanğın, xəsarətalma və əmlaka ziyan dəyməsi halları qeydə alınır. Unutmayaq ki, bir anlıq səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.Bayram sevincimizi faciəyə çevirməmək üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına və ətraf mühiti qorumağı vətəndaşlıq borcumuz bilib sadalanan nüanslara ciddi əməl etməyə çağırırıq. Gəlin, Novruzu birlikdə təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edək".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Cəmiyyət 18:30
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib
Cəmiyyət 18:24
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib

Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Cəmiyyət 17:43
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol