• $
  • £

Deputat irad bildirdi: bu çox təhlükəli qanundur

Deputat irad bildirdi: bu çox təhlükəli qanundur
17.03.2026 13:43

Deputat Nigar Apradari Milli Məclisdə çıxış edərək Uşaq hüquqları haqqında qanunu çox təhlükəli qiymətlənidirilib. Bu barədə deputat çıxışı zamanı bildirib. 

“Çox təhlükəli bir qanundur. Güclü ailə bizim milli kimliyimizin əsasını təşkil edir. Bu maddə valideynlə uşağın münasibətlərinin korlanmasına səbəb ola bilər. Onsuz da bu sahədə problemlərimiz var, daha da dərinləşdirməyə ehtiyac yoxdur. Dünyada böyük ideoloji mübarizə gedir və bu mübarizənin əsas hədəfi ailələri qorumaqdır. Bu cür qanun aldadıcı mexanizm rolunu daşıyır. Uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Amma bunu problemli qanunu qəbul etməklə deyil, maarifləndirmə yolu ilə etməliyik", - deputat bildirib. 

Deputat bu cür halları kim tərəfindən müəyyən edilməsi ilə bağlı da fikirlərini bölüşüb. 

“Psixoloji cəza anlayışı da var. Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, uşaqlara psixoloji təziq göstərilib-yoxlanılsın? Bu qanun Azərbaycan ailəsinin möhkəmləndirilməsi strategiyasına ziddir. Hörmətli həmkarlar, bunu mən həm deputat, həm də ana kimi deyirəm", - o əlavə edib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 10:26
Əhalinin sayı açıqlanıb
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var
İmişlidə zəlzələ olub
Cəmiyyət 23:01
İmişlidə zəlzələ olub
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 22:50
Biləsuvar və Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 22:47
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:16
Sabah bu ərazilərdə qaz olmayacaq
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Cəmiyyət 18:30
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib
Cəmiyyət 18:24
Bakı metrosundan ötən gün 605 min sərnişin istifadə edib

Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Cəmiyyət 17:43
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol