• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir

Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
20.04.2026 09:25

Almaniyanın Baş naziri Friedrich Merz Yaxın Şərqdə artan gərginlik fonunda ölkənin yanacaq təminatını müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını toplamağı planlaşdırır. Bu barədə Der Spiegel məlumat yayıb.

Merz Hannover Messe sərgisinin açılışında bildirib ki, dizel, benzin və reaktiv yanacaq təchizatının sabit saxlanılması əsas prioritetdir. Onun sözlərinə görə, yanacaq bazarında vəziyyət gərgin olaraq qalır, lakin təchizat hazırda təhlükəsizdir.

“Enerji təhlükəsizliyi Almaniya üçün əsas prioritetdir,” – kansler vurğulayıb və vəziyyətin pisləşəcəyi halda hökumətin əlavə tədbirlər görəcəyini qeyd edib.

Merz daha əvvəl, 13 apreldə dizel və benzinə tətbiq olunan enerji vergisinin iki ay müddətinə azaldılacağını açıqlayıb. Bu addım Yaxın Şərqdəki münaqişə fonunda artan qiymətlərin təsirini yumşaltmaq məqsədi daşıyır.

Bununla yanaşı, Reuters agentliyinin məlumatına görə, aprelin əvvəlində Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriyanın maliyyə nazirləri enerji şirkətlərinin artıq mənfəətinə əlavə vergi tətbiq edilməsini təklif ediblər.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Dünya 22:30
Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 21:26
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər
Dünya 19:56
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər


Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dünya 13:47
Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Moskvada mobil internet söndürülüb
Dünya 12:48
Moskvada mobil internet söndürülüb
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya 23:44
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dünya 22:46
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Dünya 21:16
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Dünya 20:44
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol