• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İran bayraqlı tankerləri ələ keçirib

ABŞ İran bayraqlı tankerləri ələ keçirib
23.04.2026 10:07

ABŞ ordusu Asiya sularında İran bayrağı altında üzən ən azı üç neft tankerini ələ keçirib və onları Hindistan, Malayziya və Şri-Lanka yaxınlığındakı mövqelərdən uzaqlaşdırıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, ələ keçirilən gəmilər arasında qismən xam neftlə yüklənmiş “Deep Sea” supertankeri, təxminən 65% dolu olan “Sevin” tankeri və 2 milyon barelə yaxın xam neft daşıyan “Dorena” supertankeri var. Gəmilərin son müşahidə nöqtələri Malayziya və Hindistan sahilləri yaxınlığı olub.

Hadisə Hörmüz boğazı ətrafında artan gərginlik fonunda baş verir. Vaşinqtonun İranın dəniz ticarətinə məhdudiyyətləri sərtləşdirdiyi, Tehranın isə boğazdan keçən gəmilərə qarşı tədbirlər gördüyü bildirilir.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından təxminən iki ay sonra tərəflər arasında atəşkəs qeyri-sabit olaraq qalır və sülh danışıqlarının bərpasına dair əlamətlər məhduddur. İran da son günlərdə Fars körfəzindən çıxmağa çalışan iki konteyner gəmisini ələ keçirdiyini açıqlayıb.

ABŞ ordusu hadisələrlə bağlı şərh verməyib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol