• $
  • €
  • ₽
  • ₺
  • £

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
16.07.2026 21:35

İraqın şimalındakı ən iri "Xor-Mor" (Khor Mor) qaz yatağının operatoru olan BƏƏ-nin "Dana Gas" şirkəti təhlükəsizlik təhdidləri və bölgədə gərginliyin artması səbəbindən əsas istehsal obyektlərinin fəaliyyətini dayandırıb.Bu barədə "Al Jazeera" şirkətin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hasilatın dayandırılması regionda elektrik enerjisi istehsalı gücünün 2 500 MVt azalmasına səbəb olub. Əhəmiyyətli qaz ehtiyatlarına malik olan "Xor-Mor" yatağı regionda elektrik enerjisi istehsalı üçün əsas yanacaq mənbəyidir.

Daha əvvəl Bəsrədə pilotsuz uçuş aparatının neft tankerinə çırpılmasından sonra bütün İraq terminallarında xam neftin yüklənməsi dayandırılmışdı.

"Xor-Mor" İraq Kürdüstanında neft və təbii qazın ən böyük və ən zəngin yataqlarından biridir. O, Süleymaniyyə mühafazasında, Ərbildən 180 km cənub-şərqdə yerləşir. Yatağın işlənməsini "Pearl Petroleum" konsorsiumu (əsas iştirakçılar "Dana Gas" və "Crescent Petroleum") həyata keçirir. Qazın geoloji ehtiyatları 300 milyard kubmetrdən çox qiymətləndirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir

Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünə hazırlıq gedir
Dünya 19:10
APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünə hazırlıq gedir
Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfə keçməsindən danışıb
Dünya 16:49
Mirzoyan azərbaycanlı çobanın Ermənistan tərəfə keçməsindən danışıb
Kirayə mənzil mexanizminin qaydaları dəyişib: öhdəliyin ötürülməsinə yeni şərtlər tətbiq olunur
Dünya 16:31
Kirayə mənzil mexanizminin qaydaları dəyişib: öhdəliyin ötürülməsinə yeni şərtlər tətbiq olunur
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Dünya 13:02
Netanyahu İrana qarşı hərbi əməliyyatları bərpa etmək istəyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol