• $
  • €
  • ₽
  • ₺
  • £

Türk dünyası dialoqları TDT-nin Ankara sammitinə töhfə verəcək – Pirinççi

Türk dünyası dialoqları TDT-nin Ankara sammitinə töhfə verəcək – Pirinççi
15.09.2026 11:13

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “Türk dünyası dialoqları” adlı tədbirlər silsiləsini türk dövlətlərinin müxtəlif şəhərlərində davam etdirməyi planlaşdırır.


Bunu idarə rəhbərinin köməkçisi Fərhad Pirinççi bazar ertəsi Bakıda keçirilən “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panelində bildirib.


Onun sözlərinə görə, Qazaxıstanda başlayan və Bakıda davam edən tədbirlər silsiləsinin məqsədi türk dövlətləri arasında dialoqu gücləndirmək, həmçinin oktyabrın 29–30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammiti üçün fikir və təkliflərin formalaşdırılmasına töhfə verməkdir.


“Bundan sonra da başda Bakı olmaqla, bir çox paytaxt və şəhərdə ‘Türk dünyası dialoqları’ adı altında tədbirlər keçirəcəyik”, – Pirinççi deyib.


O bildirib ki, TDT üzv ölkələr arasında ticarət, iqtisadiyyat, təhlükəsizlik, əməkdaşlıq və koordinasiyanın genişləndirilməsi baxımından mühüm platformaya çevrilib.


Pirinççinin sözlərinə görə, təşkilatın mövcud potensialının yalnız bir hissəsi reallaşdırılıb və əsas məqsəd TDT-nin “Türk Dünyası – 2040” sənədində nəzərdə tutulan hədəflərə nail olmaqdır.
O, Bakıda keçirilən panel zamanı səsləndiriləcək fikir və təkliflərin Ankara sammitinin gündəliyinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol