XİN Kosta-Rika və El-Salvadoru Milli Gün münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Milli Günləri münasibətilə təbrik edib. XİN-in “X” hesabında yayılan paylaşımda Kosta-Rika xalqı və hökumətinə təbrik ünvanlanıb.
“Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!” – paylaşımda deyilir.
Nazirlik həmçinin El-Salvadoru Milli Günü münasibətilə təbrik edib.
“Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!” – XİN bildirib.