• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Hörmüz boğazında müharibədən əvvəlki status-kvonun bərpasına çağırır - Fidan

Türkiyə Hörmüz boğazında müharibədən əvvəlki status-kvonun bərpasına çağırır - Fidan
15.09.2026 14:47

Türkiyə Hörmüz boğazında təhlükəsiz və fasiləsiz keçidin təmin edilməsinə, həmçinin müharibədən əvvəlki status-kvonun bərpasına çağırır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi Bakıda bildirib.


“Son dövrdə artan qarşılıqlı hücumlar sülh səylərinə ciddi zərbə vurur. Regionda gərginliyi artıran bu əməllərə dərhal son verilməlidir”, - Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.


Onun sözlərinə görə, İranın təhlükəsizliyi, sabitliyi və rifahı bütün regiona birbaşa təsir göstərir və mövcud münaqişə diplomatik yollarla həll edilməlidir.


Fidan bildirib ki, Türkiyə böhranın həlli və regionda təhlükəsizliyin təmin olunması məqsədilə bütün tərəflərlə təmaslarını davam etdirir.


Nazirlər, həmçinin Rusiya-Ukrayna müharibəsini və onun regiona təsirlərini müzakirə ediblər.
Fidanın sözlərinə görə, son aylarda Qara dənizdə mülki gəmilərə hücumların artması insanların həyatı, gəmiçilik və ətraf mühit üçün ciddi təhlükə yaradır. O əlavə edib ki, bu hücumlar nəticəsində Türkiyə və Azərbaycan dənizçiləri də həlak olublar.


“Müharibənin Qara dənizə yayılması, vətəndaşlarımızın həyatını və şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbuledilməzdir”, – Fidan deyib.


Nazir Türkiyənin tərəflərə lazımi xəbərdarlıqları etdiyini və Qara dənizdə təhlükəsizliyin təmin olunmasına dair razılaşma əldə edilməsi üçün səylərini artırdığını bildirib.


“Türkiyə sülh üçün bütün səylərini davam etdirəcək”, - o əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol