• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev: Türk və İslam dünyasının birliyi sülh və sabitlik üçün mühümdür

Əliyev: Türk və İslam dünyasının birliyi sülh və sabitlik üçün mühümdür
15.09.2026 16:34

Prezident İlham Əliyev Türk dünyası və İslam ölkələrinin birliyinin gücləndirilməsinin sülh və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Prezident çıxışında bildirib ki, Bakıda TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda keçirilməsi mühüm rəmzi məna daşıyır.

Onun sözlərinə görə, müsəlman dini liderlərin sülh, əməkdaşlıq və əmin-amanlığa çağırışları regionlarda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

İlham Əliyev Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib. O, gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcəyini və Azərbaycanın bu tədbirdən müsəlman ölkələri arasında birliyin gücləndirilməsi üçün istifadə edəcəyini deyib.

Prezident həmçinin nümayəndə heyətinin Qarabağa səfər edəcəyini bildirib. Onun sözlərinə görə, qonaqlar Ağdam, Xankəndi, Xocalı və Şuşada olacaqlar və həm işğalın nəticələri, həm də regionda aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

İlham Əliyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda hazırda 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır. O, “Böyük Qayıdış” proqramının icrasının davam etdiyini bildirib.

Prezident çıxışında Ermənistan-Azərbaycan münasibətlərinə də toxunaraq, iki ölkə arasında sülh prosesinin davam etdiyini deyib.

“Biz indi Ermənistanla sülh şəraitində yaşayırıq. Ancaq bizim ürəyimizdə olan yaralar sağalmayıb”, - İlham Əliyev bildirib.

O, Azərbaycanın müharibədən sonra sülh gündəliyini seçdiyini və Ermənistanla uzunmüddətli sülhün təmin olunmasına çalışdığını vurğulayıb.

İlham Əliyev həmçinin işğal dövründə dağıdılmış məscidlərin bərpasından danışıb. Onun sözlərinə görə, 2021-ci ildən başlayan bərpa işləri çərçivəsində 12 məscid yenidən qurulub və proses davam etdirilir. Prezident Ağdam məscidinin bərpa edilən ilk obyektlərdən biri olduğunu qeyd edib.

TDT Baş katibi Kubanıçbek Ömüralıyev isə Azərbaycanın türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib və dini sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan xalqına və dövlətinə birlik və həmrəylik arzulayıb.

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam isə İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək onu “müharibədə sərkərdə, sülhdə də sərkərdə” adlandırıb.

Görüşdə çıxış edən IRCICA-nın baş direktoru Mahmut Erol Kılıç Azərbaycanın sufi irsinin İslamın mülayim və sülhsevər tərəfinin dünyaya təqdim olunması baxımından əhəmiyyətini vurğulayıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
İlham Əliyev və Pezeşkianla görüşüb
Siyasət 16:07
İlham Əliyev və Pezeşkianla görüşüb
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Siyasət 14:40
Milli Məclisin növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
Siyasət 13:57
Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Siyasət 13:33
MDB-yə sədrlik 2027-ci il yanvarın 1-dən Özbəkistana keçəcək
Putinlə Əliyevin görüşü olub
Siyasət 12:46
Putinlə Əliyevin görüşü olub
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Siyasət 11:06
Əliyev: Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Siyasət 09:31
Prezident iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol