• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
16.09.2026 18:09

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlıq və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Bayramov son illərdə Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. O, qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının araşdırıldığını bildirib.

Bayramov Milli Məclis ilə Pan-Afrika Parlamenti arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyətini vurğulayıb. O, parlament diplomatiyasının inkişafı və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Tərəflər Azərbaycanın beynəlxalq və regional platformalardakı fəaliyyəti, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Nazir Azərbaycanın COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərdiyini, həmçinin inkişaf etməkdə olan ölkələrə dəstək istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.

Görüşdə Azərbaycanın COP29 sədrliyi çərçivəsində Afrika ölkələrinin iqlim maliyyəsinə çıxışının genişləndirilməsi istiqamətində görülən işlər də müzakirə olunub.

Ceyhun Bayramov Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Tərəflər Azərbaycan ilə Afrika ölkələri arasında enerji, nəqliyyat, kənd təsərrüfatı, mədən sənayesi, təhsil və humanitar sahələrdə əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Fateh Butbiq Azərbaycanın Afrika qitəsi ilə əlaqələrin inkişafına verdiyi önəmi və parlament diplomatiyasının gücləndirilməsi istiqamətindəki təşəbbüslərini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol