• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev: Türk dünyasında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması vacibdir

Əliyev: Türk dünyasında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılması vacibdir
17.09.2026 11:11

 

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katibləri arasında əməkdaşlığın ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət etdiyini bildirib.

Dövlət başçısı bu fikirləri TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Bakıda keçirilən Beşinci Toplantısının iştirakçılarına müraciətində ifadə edib.

İlham Əliyev bildirib ki, müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, kibertəhdidlər və yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüquq böhranı müşahidə olunur. Onun sözlərinə görə, bu çağırışlar regional və qlobal problemlərin həlli üçün ortaq gündəliyin müəyyənləşdirilməsini, vahid mövqenin formalaşdırılmasını və fəaliyyətin əlaqələndirilməsini zəruri edir.

Prezident qeyd edib ki, TDT-yə üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlıq Türk dünyasının inteqrasiyasının siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, həmçinin uzunmüddətli strateji xarakter daşıdığını göstərir.

“Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir”, - İlham Əliyev deyib.

O bildirib ki, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər dövlətlərin təkbaşına həll edə bilməyəcəyi problemlərdir.

Prezident müraciətində Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində üzv ölkələr arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, əməkdaşlıq potensialının reallaşdırılmasına, regionda sülh və təhlükəsizliyin təmin olunmasına çalışdığını bildirib.

İlham Əliyev həmçinin Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin Azərbaycan sədrliyinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.

Dövlət başçısı Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallıq yaratdığını və Zəngəzur dəhlizinin reallaşmasına zəmin hazırladığını bildirib.

Prezident toplantının iştirakçılarına müraciətinin sonunda müzakirələrin TDT ölkələrinin təhlükəsizliyinə və Türk dünyasının qlobal təhdidlər qarşısında dayanıqlığının artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol