• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
29.09.2026 12:41

 

Azərbaycanın qeyri-neft sektorunun ixracı 2026-cı ilin yanvar-avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dollarına çatıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayında bildirilib.

Təkcə avqustda qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 13% artaraq 350,8 milyon dollar olub. Bunun 80,7 milyon dollarını yeyinti məhsulları, 251,1 milyon dollarını isə qeyri-yeyinti məhsulları təşkil edib. Qeyri-yeyinti məhsullarının ixracı 11,4% artıb.

Yanvar-avqust aylarında ən çox artım şəkər ixracında qeydə alınıb. Şəkər ixracı 2,3 dəfə, pambıq iplik 62,2%, alüminium və ondan hazırlanan məmulatlar 42,8%, bitki və heyvan mənşəli piylər və yağlar 30,2%, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5%, pambıq lifi 17,8%, meyvə-tərəvəz 13,7%, çay isə 12,1% artıb.

Aqrar məhsulların ixracı 19,2% artaraq 732 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 22,1% artaraq 255,8 milyon dollar təşkil edib. Aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 19,9% artaraq 987,8 milyon dollara çatıb.

Qeyri-monetar qızıl istisna olmaqla, yanvar-avqust aylarında qeyri-neft sektorunun ixracında ən böyük pay qızılın payına düşüb. Bu məhsul üzrə ixrac 271,2 milyon dollar təşkil edib. Mis filizləri və konsentratları 183,7 milyon dollarla ikinci, tomat isə 172,2 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Avqust ayında isə ilk üçlükdə qızıl (36,8 milyon dollar), mis filizləri və konsentratları (31,7 milyon dollar) və şaftalı (nektarinlər daxil olmaqla) (29,4 milyon dollar) yer alıb.

Yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracında əsas istiqamət Rusiya olub. Bu ölkəyə 814,2 milyon dollar dəyərində məhsul ixrac edilib.

Türkiyəyə 435 milyon, Gürcüstana 386,5 milyon, İsveçrəyə 284,4 milyon, Ukraynaya isə 101,1 milyon dollar dəyərində qeyri-neft məhsulu göndərilib.

Avqust ayında Rusiya 82,5 milyon dollarla ilk sırada olub. Sonrakı yerlərdə Gürcüstan (58,5 milyon dollar), Türkiyə (44,4 milyon dollar), İsveçrə (37,9 milyon dollar) və Ukrayna (16,1 milyon dollar) qərarlaşıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol