• $
  • €
  • ₽
  • ₺
  • £

TDT-nin CubeSat peyki 2026-cı ilin sonu orbitə buraxıla bilər


TDT-nin CubeSat peyki 2026-cı ilin sonu orbitə buraxıla bilər
01.10.2026 16:00

Türk Dövlətləri Təşkilatının (TDT) “CubeSat” peykinin 2026-cı ilin sonu və ya 2027-ci ildə orbitə buraxılması planlaşdırılır. Bunu TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

O, TDT-nin təhsil və kosmik texnologiyalar sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Ömüralıyev qeyd edib ki, təşkilatın 170 universiteti birləşdirən Türk Universitetləri Birliyi fəaliyyət göstərir. Bundan əlavə, TDT çərçivəsində MEVLANA və Orhun təhsil mübadiləsi proqramları həyata keçirilir.

Baş katibin sözlərinə görə, “CubeSat” peyki ilə bağlı layihə artıq tamamlanıb və peykin ilin sonuna qədər və ya gələn il orbitə çıxarılması gözlənilir.

Ömüralıyev regionda nəqliyyat əlaqələrinin inkişafına da toxunaraq Orta Dəhliz üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artdığını bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Orta Dəhliz vasitəsilə təxminən 4,7 milyon ton yük daşınıb. Bu göstərici son dörd ildə marşrut üzrə yükdaşımaların səkkiz dəfə artdığını göstərir.

Ötən il Çindən Orta Dəhliz istiqamətində göndərilən blok qatarlarının sayı 37% artaraq 392 reysə çatıb.

TDT baş katibi bildirib ki, marşrutun infrastrukturunun inkişaf etdirilməsi gələcəkdə yükdaşımaların həcminin daha da artırılmasına imkan verəcək.

Ömüralıyev Dünya Bankının qiymətləndirməsinə istinadən deyib ki, Orta Dəhliz infrastrukturunun təkmilləşdirilməsi 2030-cu ilədək daşınan yüklərin həcmini üç dəfə artıraraq 10 milyon tona çatdıra bilər.

O, həmçinin regionda həyata keçirilən yeni nəqliyyat layihələrinin Orta Dəhlizin imkanlarının genişləndirilməsində rolunu vurğulayıb.

Ömüralıyev Zəngəzur dəhlizinin Azərbaycan və Ermənistanla yanaşı, region ölkələri arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. O, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini də mühüm nəqliyyat təşəbbüslərindən biri kimi qeyd edib.

TDT baş katibinin sözlərinə görə, hər iki layihənin reallaşmasından sonra region üzrə yükdaşımaların həcmi 15 milyon tona çata bilər.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlıların olduğu gəmi batıb - ölən və itkin düşənlər var
Cəmiyyət 14:41
Azərbaycanlıların olduğu gəmi batıb - ölən və itkin düşənlər var
Razi Nurullayev: çəyirtkə məhsulu məhv edərsə, fermerin borcunu kim ödəyəcək?
Cəmiyyət 13:50
Razi Nurullayev: çəyirtkə məhsulu məhv edərsə, fermerin borcunu kim ödəyəcək?


Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
Cəmiyyət 13:45
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
Azərbaycanda təhsil alan Hindistan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 13:27
Azərbaycanda təhsil alan Hindistan vətəndaşlarının sayı açıqlanıb

Azərbaycan və Hindistan arasında birbaşa uçuşların sayının artırılması müzakirə olunacaq
Cəmiyyət 13:22
Azərbaycan və Hindistan arasında birbaşa uçuşların sayının artırılması müzakirə olunacaq
Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Cəmiyyət 13:19
Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Kənd təsərrüfatı sahəsində vəziyyət yaxşılığa doğru dəyişmir - deputat
Cəmiyyət 13:12
Kənd təsərrüfatı sahəsində vəziyyət yaxşılığa doğru dəyişmir - deputat
Zahid Oruc aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını yenidən təklif edib
Cəmiyyət 13:05
Zahid Oruc aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını yenidən təklif edib
Deputat subsidiya ilə bağlı yeni təklif verib
Cəmiyyət 12:58
Deputat subsidiya ilə bağlı yeni təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol