Merts Ukraynaya səfər edib
Almaniya Kansleri Fridrix Merts oktyabrın 4-də elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.
Merts bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Ukraynanı həlledici həftələr gözləyir. Məhz buna görə bu gün Kiyevə gəldim ki, bizə arxalana biləcəyinizi göstərim. Almaniyanın təhlükəsizliyi də bu müharibənin nəticəsindən asılıdır", - kansler yazıb.
Səfərdə Mertsi Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe və müdafiə və enerji sektorlarını təmsil edən iş adamları müşayiət edir.
Səfər çərçivəsində Almaniyanın Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırması, həmçinin enerji infrastrukturunun bərpasına 350 milyon avro vəsait yönəltməsi gözlənilir. Berlin, həmçinin Ukraynaya minlərlə ələkeçirici dron verilməsi və uzaqmənzilli silahların birgə istehsalının genişləndirilməsi ilə bağlı razılaşmalar hazırlayır.
Merts səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.