“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məhdudiyyətlə əlaqədar 18 müntəzəm avtobus marşrutunun — 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil olunacaq.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edən avtobuslar isə Heydər Əliyev prospektindən istifadə edəcəklər.