Koalisiya qüvvələri Yəmənin paytaxtında husilərə qarşı əməliyyat keçirəcək

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri husilərin nəzarətində olan Səna şəhərində əməliyyata başlayacaq. Bu barədə koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki “X” hesabında yazıb.
O, buna görə Səna sakinlərinə xəbərdarlıq ünvanlanacağı və əhalinin təxliyəsinə çağırış ediləcəyini bildirib.
Husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri arasında qarşılıqlı hücumlar davam edir.

Son xəbərlər 
Daha çox 























