• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat

Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
23.10.2026 12:29

Deputat Siyavuş Novruzov hərbi vəzifə və hərbi xidmət haqqında yeni qanunun hazırlanmasını və onun NATO standartlarına uyğunlaşdırılmasını təklif edib. Bunu Siyavuş Novruzov Milli Məclisdə deyib. 

“Vətən müharibəsindən sonra yeni bir qanun layihəsi hazırlanmalıdır və bu, tam o standartlara uyğunlaşmalıdır”, - Novruzov çıxışında deyib.

O bildirib ki, qanunvericiliyə ayrı-ayrı düzəlişlər etmək əvəzinə hərbi xidmət keçmə qaydaları və müvafiq qanunlar yenidən nəzərdən keçirilməlidir.


Novruzov müzakirə olunan qanun layihəsindəki dəyişikliklərin əsasən müddətli həqiqi hərbi xidmətə çağırılanlara şamil olunacağını düşündüyünü deyib. Onun sözlərinə görə, müqavilə ilə xidmət edənlərin əməkhaqqı və gələcək vəzifələri müqavilələrində göstərilir.


Deputat hərbi xidmətlə əlaqəli təhsil sahələrinin də dəqiqləşdirilməsini təklif edib. “Riyaziyyat, fizika, kimya, coğrafiya kimi sahələr ordunun texnikadan istifadəsi və gələcək fəaliyyət istiqamətləri üçün vacibdir”, - o bildirib.

Novruzov orduda insan amilinin əsas rol oynadığını vurğulayıb.

“Hansı texnikadan asılı olmayaraq, insan faktoru aparıcı roldadır”, - o bildirib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol