Ceyhun Bayramovun niderlandlı həmkarı ilə görüşü başlayıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendseni qəbul edib. Tərəflər arasında görüş başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüşün gündəliyi və müzakirə olunacaq məsələlərlə bağlı əlavə məlumat verilməyib.