Bolsonaru məhkəmə qadağasına baxmayaraq Braziliyanı tərk edib
Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaru məhkəmənin qadağasına baxmayaraq ölkəni tərk edib.Bu barədə “CNN Brasil” siyasətçinin ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun oğlu ailəsi ilə birlikdə ABŞ-yə yollanıb.
Bildirilib ki, senator ölkəni tərk edərkən onun barəsində xaricə səfərə məhkəmə qadağası qüvvədə olub.