• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın dövlət borcu 2 milyard manatdan çox azalıb


Azərbaycanın dövlət borcu 2 milyard manatdan çox azalıb
28.10.2026 11:59

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib.

Bu, 2026-cı il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 17,3%-nə bərabərdir.

Dövlət borcunun 7 milyard 666,2 milyon manatı və ya 32,1%-i xarici, 16 milyard 230,1 milyon manatı və ya 67,9%-i daxili borcun payına düşüb.

Hesabata əsasən, ilin əvvəlindən xarici dövlət borcu 304 milyon ABŞ dolları, daxili dövlət borcu isə 1 milyard 574,4 milyon manat azalıb.
Beləliklə, manat ifadəsində ümumi dövlət borcu ilin əvvəlindən təxminən 2 milyard 91,2 milyon manat və ya 8% azalıb.

Dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin sonunda 20,1% təşkil edirdi. Hesabat dövründə bu göstərici 2,8 faiz bəndi azalıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir
İqtisadiyyat 19:42
Azərbaycan Türkiyə ilə nəqliyyat bağlantılarını genişləndirir - nazir
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
İqtisadiyyat 14:16
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Mərkəzi Bank rəqabəti artırmaq üçün bankların birləşməsini təşviq etməyə hazırdır
İqtisadiyyat 12:44
Mərkəzi Bank rəqabəti artırmaq üçün bankların birləşməsini təşviq etməyə hazırdır
Mərkəzi Bank Bank Melli İran-a yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır
İqtisadiyyat 12:31
Mərkəzi Bank Bank Melli İran-a yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır
Mərkəzi Bank kart əməliyyatları üzrə limitləri dəstəkləyir — Kazımov
İqtisadiyyat 12:20
Mərkəzi Bank kart əməliyyatları üzrə limitləri dəstəkləyir — Kazımov
AMB-nin ehtiyatları 15,4 milyard dollara çatıb
İqtisadiyyat 10:34
AMB-nin ehtiyatları 15,4 milyard dollara çatıb
Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya proqnozunu 6,1%-dən 5,9%-ə endirib.
İqtisadiyyat 10:12
Mərkəzi Bank 2026-cı il üzrə inflyasiya proqnozunu 6,1%-dən 5,9%-ə endirib.
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 10:03
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Avro bahalaşıb - günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro bahalaşıb - günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol