• $
  • £

Gülər Əhmədovanın məhkəmədə ürəyi getdi

Gülər Əhmədovanın məhkəmədə ürəyi getdi
21.11.2013 12:14
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilməli olan proses başlamazdan əvvəl Gülər Əhmədovanın vəziyyəti pisləşib, ürəyi gedib. O, məhkəmə nəzarətçilərinin köməyi ilə zaldan çıxarılıb. Sonra məhkəməyə təcili yardım çağırılıb. Bir müddət sonra hakimlər zala daxil olublar. Onlar Gülər Əhmədovanın vəziyyəti pisləşdiyi üçün prosesin noyabrın 25-nə təxirə salındığını bildiriblər. Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir. Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır. Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Siyasət 09:53
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
Siyasət 21:49
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Siyasət 19:27
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Siyasət 19:05
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Donald Tramp İlham Əliyevə təbrik göndərib
Siyasət 18:30
Donald Tramp İlham Əliyevə təbrik göndərib
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 18:07
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramı təsdiqləndi
Siyasət 17:54
Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramı təsdiqləndi
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Siyasət 16:51
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Prezident onu təltif edib
Siyasət 16:47
Prezident onu təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol