Trampla Ərdoğan arasında telefon danışığı olub
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü ilə bağlı telefon zəngi edib.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı Türkiyədə 29 Oktyabr – Respublika Günü münasibətilə TDT liderlərinin iştirakı ilə təşkil olunan axşam yeməyi zamanı baş tutub.
Ərdoğan ABŞ Prezidentinə yeməkdə iştirak edən liderlərin salamlarını çatdırıb.
Türkiyə Prezidenti TDT-nin XIII Zirvə Görüşünün Ankarada keçiriləcəyini diqqətə çatdırıb. O, 200 milyondan çox əhalisi olan Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin ünvanına çevrilən təşkilatın inkişafına töhfə verəcək qərarların qəbul olunacağını bildirib.
Donald Tramp isə Ərdoğana TDT Liderlər Zirvə Görüşünün keçirilməsi münasibətilə uğurlar arzulayıb.