Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hakkari bölgəsində hərbi qulluqçunun həlak olması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı məktubu ünvanlayıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Başsağlığı məktubunda Zakir Həsənov hərbi qulluqçunun sərhəd pozuntusuna müdaxilə zamanı açılan atəş nəticəsində həlak olmasından kədərləndiyini bildirib.
Nazir həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.