Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Azərbaycan ATƏT-in Baş katibi, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayır.Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında bildirib.
O qeyd edib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə, eləcə də üzv dövlətlər arasında konsensus formalaşdırmaq bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayır.
“İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq”, – deyə Hacızadə bildirib.
Son xəbərlər
Daha çox