Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində səylərini və Rusiya ilə təmaslarını davam etdirəcək.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, mülki gəmilərə hücumlar və Qara dənizdə gərginliyi artıran addımlar heç bir tərəfə fayda verməyəcək.
Ərdoğan, həmçinin Türkiyənin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.