FHN ötən həftə 38 nəfəri xilas edib
Ötən həftə Azərbaycanda 143 yanğına çıxış olub, 38 nəfər, o cümlədən 10 azyaşlı xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, həftə ərzində 30 halda köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin qüvvələri tərəfindən görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.
Ümumilikdə, müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı və avtoqəza faktları üzrə iki nəfərin meyiti təhvil verilib.
Son xəbərlər
Daha çox