• $
  • £

Bakı kəndlərindən şəhər istiqamətinə gələn marşrutların bir neçəsi bağlanıb

Bakı kəndlərindən şəhər istiqamətinə gələn marşrutların bir neçəsi bağlanıb
20.11.2013 11:05

Bakıda marşrutların qrafikində dəyişiklik edilib.

Məlumatlı mənbədən Gün.Az-a verilən məlumata görə, bu gündən etibarən Bakıətrafı qəsəbə və kəndlərdən şəhər istiqamətinə gələn bəzi marşrutların yolu qısaldılıb, bəzilərinin hərəkət istiqaməti dəyişdirilib, bəziləri isə ümumiyyətlə ləğv edilib.

Belə ki, 60, 80 və 131 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların yolu qısaldılaraq son dayanacaq kimi metronun “Koroğlu” stansiyasının ətrafı təyin edilib.

Bundan başqa 54 və 42 nömrəli xətt marşrutlarının yolu da qısaldılaraq “Laçın Ticarət Mərkəzi”nə qədər məhdudlaşdırılıb.

87 nömrəli marşrut avtobusları isə ümumiyyətlə xətdən çıxarılıb.

Mənbənin sözlərinə görə, bu addım sınaq məqsədilə atılıb. Məqsəd isə böyük avtobusların şəhərə daxil olaraq nəqliyyatı iflic vəziyyətə salmasının qarşısını almaqdır.

Amma, bu hələ sınaq müddəti olduğuna görə rəsmi verilmiş bir qərar deyil. Təxminən 1 ay davam edəcək sınaq müddəti uğurlu keçərsə bu qərar qüvvədə qalacaq və qrafik bu formada olacaq.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla əlaqə saxlasaq da, o, heç bir şərh vermədi.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 19:30
Bu ərazilərdə qaz kəsiləcək
Azərbaycan üzərindən Ermənistana növbəti tranzit yüklər göndəriləcək
Cəmiyyət 17:38
Azərbaycan üzərindən Ermənistana növbəti tranzit yüklər göndəriləcək
Dilənçiliklə məşğul olan şəxslər cərimələnəcək
Cəmiyyət 17:14
Dilənçiliklə məşğul olan şəxslər cərimələnəcək
Aqualink sərgilərdə su mühəndisliyi həllərini nümayiş etdirir
Cəmiyyət 16:54
Aqualink sərgilərdə su mühəndisliyi həllərini nümayiş etdirir
COVID 19 xəstələrinə xidmət edən tibb işçilərinə yenidən maaşlarına əlavələr veriləcək
Cəmiyyət 15:40
COVID 19 xəstələrinə xidmət edən tibb işçilərinə yenidən maaşlarına əlavələr veriləcək
Hacı Vəliyev 2 il 6 ay müddətinə həbs olunub
Cəmiyyət 15:02
Hacı Vəliyev 2 il 6 ay müddətinə həbs olunub
Deputat küçə adlarının dəyişdirilməsini və toponim səhvlərinin aradan qaldırılmasını təklif edib
Cəmiyyət 14:55
Deputat küçə adlarının dəyişdirilməsini və toponim səhvlərinin aradan qaldırılmasını təklif edib
Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Cəmiyyət 14:39
Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 14:31
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol