“Real” “Bavariya”ya qarşı

18:14 | 23.04.2014
“Real” “Bavariya”ya qarşı

“Real” “Bavariya”ya qarşı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cütlüyü qarşı-qarşıya gələcək.  “Qafqazinfo” xəbər verir ki, “Real”Madrid öz meydanında “Bavariya”nı qəbul edəcək.  Bir müddətdir ki, zədədən əziyyət çəkən Kriştiyano Ronaldo bu oyuna çıxmaq üçün var gücü ilə öz üzərində çalışıb. Kriştiyano bu gün komandasına yardım etmək və qollarının sayını artırmaq niyyətindədir. Digər tərəfdən “Real”da zədəddən əziyyət çəkən futbolçular Xese Rodrigez, Arbeloa və Sami Khediradır ki, onların bugünkü matçda oynamayacaqları gözlənilir. “Bavariya” bu cütlüyün favoriti sayılsa da, “Santiyaqo Bernabeo”dakı ilk matç elə də asan keçməyəcək.  Baş məşqçi Pep Qvardiola yenidən “Real”Madridə qarşı mübarizəyə çıxacaq.  Bu maraqlı görüşü ingilis hakim Hovar Uebin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM