“Real” və “Barsa” “Atletiko”nun rəqibini satın alıb - Sensasiyalı iddia

13:00 | 05.05.2014
“Real” və “Barsa” “Atletiko”nun rəqibini satın alıb - Sensasiyalı iddia

“Real” və “Barsa” “Atletiko”nun rəqibini satın alıb - Sensasiyalı iddia

İspaniya La Liqasının 36-cı turunda "Levante"nin öz meydanında "Atletiko"ya 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra sensasiyalı iddia irəli sürülüb.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatı yazıb ki, "Barselona" və "Real" "Levante"li futbolçuları Madrid təmsilçisini məğlub etməsi üçün stimullaşdırıb.

İddia olunub ki, bu matçdan bir neçə gün əvvəl “Real”ın və “Barselona”nın prezidentləri -  Florentino Perez və Josep Mariya Bartomeu köməkçilərini "Levante"nin rəhbərliyi və futbolçuları ilə görüşə göndərib. Görüşdə hər iki klub tətərindən “Levante”yə 500 avroluk banknotla dolu çantanın verildiyi iddia olunub.

Futbolçuların isə bu mükafatı məmnuniyyətlə qəbul etdiyi bildirilib.

Qeyd edək ki, lider "Atletiko"nun uduzması ilə "Real"ın və "Barselona"nın çempionluq şansları bir qədər artıra bilərdi. Amma bu turda həm “Real”, həm də “Barselona” heç-heçə etməklə mühüm iki xal itirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb