Rəhim Həşimovun işlərində qadın obrazları REPORTAJ

16:49 | 03.12.2015
Rəhim Həşimovun işlərində qadın obrazları – REPORTAJ

Rəhim Həşimovun işlərində qadın obrazları REPORTAJ

Rüstəm Qasımov

Dünən Bakının "Abşeron” qalereyasında Rəhim Həşimovun "Femina” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Azərbaycan İncəsənət Konsulluğu tərəfindən təşkil olunmuşdu, tədbirin kuratoru isə Nurziyyə Xəlilova idi. 

Rəhim Həşimov portret cərəyanını əsas tutub, ona bu sahədə ən çox təsir edən rəssamlar isə Amadeoo Modiliani, Qustav Klimt, Anri Matis kimi dahilərdir. Bu əfsanəvi rəssamlar kimi Həşimov da qadın bədənindən ilham alır. Rəssam özü isə bu haqda belə deyir: "Hər bir rəssam gözəlliyi ötürməyə çalışır. Kimsə bunu peyzaj, kimsə natürmort vasitəsilə çatdırmağa çalışır, mənsə qadınları çəkirəm. Axı qadın möhtəşəm yaradılışdır, təkcə xarici görkəmcə deyil, mənəvi baxımdan da ecazkardır”. 

Rəhim indiyə qədər bir çox ciddi kollektiv sərgilərdə iştirak edib. İndi isə ilk dəfədir fərdi sərgi keçirmək qərarına gəlib. 

Dünənki vernisaj əsl bayram abu-havasında keçdi, tədbirə kifayət qədər çox insan gəlmişdi. 

Sonra isə mərasimin açılış mərasimi keçirildi və «Arts Council Azerbaijan»ın rəhbəri Dadaş Məmmədov çıxış etdi. Tədbirə gələn qonaqları və Rəhim Həşimov yaradıcılığının pərəstişkarlarını salamlayan Dadaş bəy rəssamın peşəcə həkim olduğunu və onun işlərində peşəsinin atributlarının tez-tez öz əksini tapdığını bildirdi: "Bihuşedici qadın obrazları yaradan Rəhimin işləri parlaq boyalarıyla, rəng qammalarıyla seçilir, o işlərində qadının xarici gözəlliyini, həmçinin onun daxili aləminin zənginliyini əks etdirməyə çalışır”.  

Sonra isə sərginin kuratoru Nurziyə Xəlilova çıxış etdi və Həşimovun yaradıcılığından  və bioqrafiyasının maraqlı detallarından söz açdı. 

Sonda isə söz səbəbkara verildi, o isə gələn qonaqlara təşəkkür etdi və onları ekspozisiyalarla tanış olmağa dəvət etdi. 

Rəhim Həşimov Sumqayıt şəhərində doğulub. Uşaqlıqdan rəsmlə maraqlanıb, incəsənət məktəbini bitirib. Rəsmə böyük həvəsinin olmasına baxmayaraq, taleyi başqa cür gətirib. "Mən rəssam olmağı arzulayırdım, ancaq həkim oldum”. Tibb universitetinə daxil olub, sonrasa Ukrayna klinik ordinaturasını bitirib, indi isə o Sumqayıt təcili və təxirəsalınmaz xəstəxanasında 10 ildir ki, həkim kimi çalışır, gərgin işinin olmasına baxmayaraq, həkimin rəssamlığa marağı o qədər böyükdür ki, boş vaxtı yaranan kimi rəsm çəkir. 

Rəhim Həşimovun "Abşeron” qalereyasındakı fərdi sərgisi 10 yanvara qədər davam edəcək. Maraqlananlar sərgiyə baş çəkə bilərlər, giriş sərbəstdir. 

Xoş seyrlər: 
 




















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM