“Renault”un direktoru: “Bakıdakı “Formula 1” yolları dardır” - AÇIQLAMA

22:47 | 18.06.2016
“Renault”un direktoru: “Bakıdakı “Formula 1” yolları dardır” - AÇIQLAMA

“Renault”un direktoru: “Bakıdakı “Formula 1” yolları dardır” - AÇIQLAMA

"Bakıda keçirilən "Formula 1” yarışları üçün çəkilmiş yol çox dardır” 

ANN.Az xəbər verir ki, bu sözləri "Renault Sport Racing” yarışmasının direktoru Frederik Vasör Bakıda keçirilən "Formula 1” yarışlarının təşkil olunmasına münasibət bildirərkən deyib.

Direktorun fikrincə, Bakıda keçirilən "Formula 1” yarışları üçün çəkilən əksər yollar çox uzun və rahatdır, amma elə hissələri var ki, dardır: "Bir növ kompromisdir. Yəni bir tərəfi daha sürətli, digər tərəfi isə zəif sürətlidir. Təbii ki, "Formula 1” yarışlarının da özünə görə müəyyən çətinlikləri var.  Artıq keçirilən yarışlarda müəyyən qəzalar olub. Ancaq bizim bura gəlməkdə məqsədimiz qəza törətmək deyil, uğur qazanmaqdır. Sabah ümid edirəm ki, müəyyən nailiyyətlər əldə edəcəyik”. 

Frederik Vasör əlavə edib ki, bu yarışda çətinliklərin olacağını əvvəlcədən bilirdilər: "Çünki komandamızı hələ yeni qurmuşuq.  Növbəti illər üçün daha təkmilləşdirilmiş komanda ilə yüksək nailiyyət əldə edə bilərik. Bu isə vaxt tələb edəcək. "Mercedes”, "Ferrari” kimi rəqiblərimizə baxsaq, onlara da 5 il lazım olub ki, yüksək nəticələr əldə edə bilsinlər. Bizə də bu qədər müddət lazımdır”.

"Renault Sport Racing” yarışmasının direktoru sonda "Formula 1” yarışının Bakıda şəhər daxilində keçirilməsinin özünün xüsusi bir gözəllik olduğunu söyləyib: "Digər ölkələrdə keçirilən "Formula” yarışlarında yollar daha geniş idi. Ancaq Bakıda yollar dardır. Bunun da səbəbi şəhər daxilində təşkil olunmasıdır. Özümüzü şəhərin içində hiss edirik. Əlbəttə, yolu başqa yerdə təşkil etsəydik, daha geniş və enli olardı”.

Orxan Aslanlı  
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM