Doktor Ziya: "Mən xoş əməllərlə ardımda iz qoymaq istəyirəm" - MÜSAHİBƏ

15:51 | 17.08.2016
Doktor Ziya:

Doktor Ziya: "Mən xoş əməllərlə ardımda iz qoymaq istəyirəm" - MÜSAHİBƏ

Radio insanı magnit kimi cəlb edir. Böyük şəhərin yuxulu səhərində minlərlə insan radionun səsinə köklənir, xoş ovqatla işlərini görməyə başlayırlar. Radio bizi hər yerdə müşayiət edir. İşdə və evdə, şəxsi avtomobildə - radio demək olar hər yerdə səs salır. Dinləyicinin marağını cəlb etməkçün o, kreativ olmağa məcburdur. 

İstənilən radiostansiyanın bir çox uğurlarının təməlində cihazdakı dinamiklərdən kimin səsinin gəlməsi dayanır. Radiopersonanı biz isisnasız olaraq səsindən tanıyırıq. Mən tez-tez səhərlər işə yollanarkən avtomobilimdə radio dinləyirəm. Doktor Ziyanın səsi isə məndə həmişə riqqət doğurur və mən bügünkü günə qədər onun haqqında heç nə bilmirdim. Bu xoşagəlimli insanın səsini biz "Anten FM”-in dalğalarında demək olar hər gün eşdirik. Həyatda Doktor Ziya özünün radio obrazından o qədər də fərqlənmir, o ciddi, ünsiyyətcil, intellekti ilə seçilən pozitiv bir insandır. 

- Milyonlarla insanın gözünə görünmədən onları yolda, evdə, işdə müşayiət etmək necə hissdir? 

- Mən həyatda həmsöhbətlərə heyranam, müzakirə etməyi, suallar verməyi, ümumiyyətlə dinləməyi sevirəm. Amma işimlə əlaqədar belə bir təəssürat yaranır ki, sanki mən gün boyu fasiləsiz danışıram. İnsanların həyatında gözəgörünmədən mövcud olmaq da gözəl hissdir, mikrofonun sayəsində milyonlar səni həqiqətən dinləyir. Sən onlara maraqlı şeylərdən danışırsan, maraqlı olduğu qədər faydalı şeylərdən. Mənim işimdə faydalılıq ən əhəmiyyətli, birinci məsələdir. 

- Radio dicey işlədiyiniz müddətdə ən maraqlı həmsöhbətiniz kimi olub? Yoxsa sizin də radioaparıcı yox, radio dicey adlandırılmağınızdan xoşunuz gəlmir? 

- Dicey sırf distoketa terminidir. Radio efirin aparıcılarını hansı adla adlandırılacağı məsələsi ortaya çıxanda ortaya atılıb. Prinsipcə isə onların efirdəki və diskotekadakı işləri bir-birindən fərqlənmir. Qışqırıqlar, musiqinin müşayiətiylə rəqs etməyə çağırış. Radioaparıcı isə teleaparıcı kimi efiri aparan şəxsdir. 

Ən maraqlı həmsöhbətə gəldikdə isə, buna cavab vermək çətindir. Heç də bütün söhbətlər maraqlı olmur, əgər ümumilikdə onların 20%-i alınıbsa, demək, "vəziyyət yaxşıdır”. Mən bir vaxtlar Ağabəy Sultanovla söhbət eləmişəm, o vaxtla mən onun kafedrasında oxumuşdum, sonradan bizim tanışlığımız efirdə davam etdi.  O möhtəşəm hekayəçi idi. Şəhərin tarixiylə məşğul olan insanlar maraqlı həmsöhbələr olublar. Onların arasında memar, şəhərsalma işini çox yaxşı bilən Emil Axundov, tarixçi Fuad Axundov olub. Mən hələ 90-cı illərin ortalarında onunla maraqlı müsahibə götürməyə müvəffəq olmuşam. Tanınmış kulinar Tahir Əmiraslanov da maraqlı həmsöhbətlərdən idi. Onunla bir təam barəsində nə qədər desən, maraqlı söhbətlər etmək olardı. Auditoriyanın çoxu üçün bu, söhbətlər maraqlı olmaya bilərdi, amma mənimçün maraqlıydı. 

- Maraqlı həmsöhbətlərdən siz köhnə nəslin nümayəndələrinin adlarını sadaladınız, bəs gənclərdən kimlərin adlarını çəkə bilərsiniz? 

- Səmimi desəm, efirdə beləsi olmayıb. Efirdən kənar söhbət elədiyim maraqlı persona 15-16 yaşlarındakı bir yeniyetmə olub. Hazırda o, tanınmış media personlardan biridir. Dürüst desəm, mən ictimai şəkildə insanları tərif və ya tənqid etməyi sevmirəm, çünki mən də onların mühitindənəm. Birincisi, bu gərəksiz emosiyalar doğurur, müdafiə mexanizmi işə düşür və onlar da yaxşı və ya çox pis şeylər danışmağa başlayırlar. Əgər kimisə tənqid və ya tərif etməli olanda mən bunu gözəgöz edirəm. 

- Sizin radio kumiriniz kimdir? Nəyə görə? 

- Bir çox radioaparıcıları indi amerikalı radioaparıcısı Hovard Sternin adını çəkərdilər. O çox epatajçı aparıcıdır, o dərəcədə ki, heç bir radiostansiya onu yaxına buraxmır. Çünki bu insan ağlına gələn hər şeyi canlı efirdə deyir. Onun nümunəsində hansısa elementləri praktikada əks etdirmək olar, ancaq o, etalon deyil. Ona görə də o çox tanınmış olsa da, kumirim deyil. Özünün televiziya layihəsinə görə böyük populyarlıq qazanan məşhur bir teleaparıcı var – Larri Kinq, o karyerasını radioda başlamış, radioada müsahibələr təqdim etmişdi. O, televiziyaya keçəndə də özünün radiodakı köhnə mikrafonunu aparmış və bəyan eləmişdi ki, o, radio mühitindəndir. Deyə bilərəm ki, Larri Kinq mənim üçün qiyabi müəllimi olub. Mən ingilis radioaparıcısı Foksidən də çox şey öyrənmişəm. Bu, onun səhnə psevdonimidir. 90-cı illərin ortalarında efirə Doktor Foks kimi çıxırdı. Bu və mənim doktorluq ixtisasını bitirməyim mənim Doktor Ziya adını  götürməyimə səbəb olub. 

- Bəs Azərbaycanda kimin adını çəkə bilərsiniz? 

- Təbii olaraq, mənim ilk radiostansiyam ANS-in sahibləri mənə çox şey öyrədiblər. Ən aşağılardan nəsə qurub, yaradıb ərsəyə gətirən insanlardan öyrənməyi daha üstün tuturam. Bu veriliş təcrübəsi adlandırılır. 

- Bu iş adamı dəyişdirirmi? 

- Əlbəttə, dəyişir. Birincisi, hamı mənim səsimi dinləyir. Bu səs belə deyildi, illər ərzində formalaşdı. Fikrimcə, yaxşı yöndə dəyişdi. 19 yaşımda mən radio verilişdə işə başlayanda, o, belə deyildi, bunun üçün əmək sərf etməli oldum. Radioaparıcı üçün səs silah kimidir. Həyata baxış tərzi də dəyişib, ancaq yaşla əlaqədar olaraq bu təbii prosesdir. 

- Radionun gələcəyini necə görürsünüz? Ona indiki kimi təlabat yüksək olacaq, yoxsa hansısa formada dəyişikliklər olacaq? 

- Yalnızca podkastlar sistemi radionu əvəz edə bilər, prinsipcə o da radiodur, internetə qoyulan qeydləri yükləmədən belə, dinləmək mümkündür. Ancaq bunun üçün gərək bütün əhali, bütün avtomobillər internetlə təchiz olunsun. Radionun gələcəyi rəqəmsal radiodur. Əslində, radioyla texnologiya zamanda əl-ələ səyahət edirlər. Məsələn, biz smartfonlarımıza tətbiqetmə yükləməklə dünyanın istənilən radiostansiyasını dinləyə bilərik. Ənənəvi radio artıq öz dövünü başa vurub və bu normaldır. Mənsə yeniliklərə uyğunlaşmağa çalışıram, zamanla harmoniyada olmaq lazımdır. 

- Sizin əsas tənqidçiniz kimdir? 

- Sağlam mübahisəni sevdiyim üçün mənim tənqidə ehiyacım var. Hər yerdə tərifləyə bilərlər. Həyat yoldaşımsa, əsas tənqidçimdir, o hər zaman həqiqəti deyir. Elə anlar olur ki, dinləyi rolunda çıxış edərək, xoşagəlməz situasiyaları deyir və mən ona bundan ötrü çox minnətdaram. Daha bir tənqidçim isə mənim köhnə dostum, bütün layihələrimin prodüsseri olan şəxsdir. O, kulisarxası veriliş hazırlıqlarını yaxşı bildiyindən peşakarcasına dəyərləndirə bilir, əla tənqid edir. Mən bu tənqidçi rolunda həm dinəyicilərə, həm də peşakarlara ehtiyac duyuram. Bunsuz mən inkişaf etməzdim. 

- Əlamətdar günlərdə insan hansısa nəticələrə gəlir. Siz nail olduqlarınız, itirdikləriniz barəsində hansısa nəticələrə gəlmisinizmi? 

- Ola bilsin mən nadir insanlardanam ki, bi barədə az düşünürəm və özümə belə suallar verirəm. Kimsə bunu mənimçün edir. 30 yaşım tamam olanda, radiostansiyanın rəhbəri mənə hədiyyə vemək qərarına gəldi və bir televizoru kollektivin qarşısında təqdim edib belə dedi: "Bu insan həyatının 3də bir hissəsindən çoxunu radiostansiyada keçirib”. Və yalnız o anda fikirləşdim ki, aman allah, mən nə qədər vaxtdır burdayam. Yalnız bu zaman mən özümə bu sualı verdim. Bu illər ərzində mən tanınmışlıq  qazanmışam və bu, həyatımdakı nailiyyətlərdən biridir. Mənim həyatda gerçəkləşdirməli olduğum hədəflərim var. Birinə nail olanda, digər hədəfə köklənirəm. Və yeganə arzum budur ki, çoxlu məqsədlərə nail olmaq üçün daha çox vaxtım olsun. 

- Həyatınızdakı ən böyük səhv nədir?

- (Gülür). Bu keçən əsrin 80-cı illərinin sonu, 90-cı illərin əvvəllərində olub. Mənim 9 yaşım vardı. Mən soruşmadan, evdən icazə almadan getdim "Vətən” kinoteatrına mövsüm bileti aldım ki, bir neçə ay ərzində istədiyim filmə baxa bilim. Uşaq mövsümünə abonent idim. Üçüncü filmdən sonra mən abonomenti atdım, o mənə lazım deyildi, repertuardakı filmlərə baxa bilmirdim. Birincisi, filmlərin çoxunu artıq televizorda görmüşdüm, qalan filmləri də yaxşı olub görməmişdim. Mən hətta onda təəssüf etmirdim, çünki peşmançılıq hissinin nə olduğunu bilmirdim. Və o zamandan bəri də heç nəyə təəssüf etməmişəm. Ola bilsin, düşüncəsiz addımlar nadir hallarda atıram. Düşüncəsiz addım çox güman özünü və yaxınını müdafiə etmək istərkən spontan olaraq atırsan. Bunlar düşüncəsiz, lakin vacib addımlardı. Qalan məsələləri isə hər zaman düşünmək lazımdır. 

Mən əsəbi insan deyiləm, ancaq sakit olduğum qədər də emosional insanam. Mən bu həddə çatdırmaq üçün xeyli əlləşib vuruşmaq lazımdır. Gündəlik efirdəki peşəkarlıq mənim həyatımın emosional tərəfidir və bu artistizm deyil, məhz verilişin saatlarını yaşamaq və içinə çəkməkdir. Bunlar elə mənim emosiyalarımdır. Mənimlə birgə işləyən insanlar verilişdən sonra məni tanımırlar, çünki mən başqa əhval ruhiyyədə oluram artıq. 

- Sizin "Overtaym” adlı televiziya layihəniz də var. O nə qədər uğurludur? 

- Onun ünvalandığı auditoriyanı nəzərə alsaq, zənnimcə, xeyli uğurludur. Ancaq bir qayda olaraq, auditoriya dərinə getmək, stilistikanı tam olaraq qəbul etmək istəmir. Bəlkə də bunun üçün vaxt tələb olunur. Mən düşünürəm ki, bu verilişin yaxşı günləri qabaqdadır. 

- Sevdiyniz futbolçu kimdir? 

- Sevdiyim futbolçu yoxdur, sevdiyim klub, yığma komanda da yoxdur. Hələ də çoxları buna inanmır. Yaşadığım müddətcə çox sayda ulduz futbolçu görmüşəm, onların arasında Brazilyanın 1986-cı il heyəti, 86-cı ildə Maradona, 90-larda Zidan. Onlara mən futbolda şəxsiyyət kimi hörmət edirəm ki, lazım olan anda öz sözlərini deyə bilirlər. Müasirlərdən isə kiminsə adını çəkə bilmərəm, bunun üçün vaxt lazımdır. 30-32 yaşlarına çatanda onlar haqqında söz deyə biləcəyik. 

- Azərbaycan futbolu haqqında bəs nə deyə bilərsiniz? 

- Əvvəllər demişəm: "Olmayan bir şey haqqında danışmaq çətindir”. Ancaq indi elə bil nəsə yaranır və o hələ başlanğıc mərhələsindədir,doğuş mərhələsində, hələ böyüməli, düzgün tərbiə almalı, yönləndirilməlidir. Mənə elə gəlir Azərbaycan futbolunda indi ən ağır məsələ menecmentdir. Futbolçular var, onlarla işləmək, öyrətmək lazımdır. İdarəçilər var, xaricdən mütəxəssislər gəlir, ancaq təəssüf ki, idarəçilər mütəxəssislərdən lazım olanları öyrənmirlər. Onların müqaviləsi bitir və çıxıb gedirlər. Uğursuz nəyisə populyarlaşdırmaq çətindir. Futbolumuzda hələ böyük uğurlar yoxdur ki, tamaşaçılar stadionları doldursunlar. 

- Kişinin yolu necə və nədən ibarət olmalıdır? 

- Türk dilində kişi sözü "adam” sözünü, Azərbaycanda isə elə kişi mənasını ehtiva edir. Mən elə gəlir o "kişi” həyatda bir iz qoymalıdır. Bu elə onun yolu olmalıdır. Həyatda iz qoyandan, arzularına çatandan sonra "həyat alındı” demək olar. Mən xoş əməllərlə ardımda iz qoymaq istəyirəm. Elə bir iz qoymaq ki, mənim soyadımı daşıyanlar bundan fəxarət duysunlar. 

- Sizin kişi və qadın arasındakı dostluq haqqındakı fikrinizi bilmək maraqlı olardı... Belə bir əlaqə mümkündürmü, yoxsa bu sadəcə olaraq mifdir? 

- Dostluğun özünün nə mənaya gəldiyini anlamaq lazımdır. Mən daha çox kişi dostluğuna inanıram. Kişiylə qadın arasında yaxşı tanışlıq ola bilər ki, arada etibar hökm sürsün. Aydındır ki, etibar dostluğun bir parçasıdır. Amma mən hələ bu mövzuda skeptikəm. Mən qadınlardan sadəcə öz həyat yoldaşımla dostluq edirəm. 

- Sizi qadınlarda ən çox əsəbləşdirən nədir? 

- Sitallıq. Dəqiq, altında başqa bir məna gizlənməyən sual verəndə, elə qadınlar olur bunu yozmağa çalışırlar: "Nə demək istəyirsən? Nədən şübhələnirsən?” Və bu çox davam edirsə, əsəbləşirəm. Mən ümumiyyətlə qadınsayağı zarafatlara, isterikaya, lazımsız diqqətə öyrəşməmişəm, ana qayğısı mənimçün daha doğmadır. 

 Materialı Bəhram Bağırzadə təqdim edib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM