Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - FOTO

09:27 | 22.11.2017
Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - FOTO

Rəsulzadənin həyat yoldaşının məzarı tapıldı - FOTO

Azərbaycan Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda) məzarı tapılıbi, bu barədə jurnalist Könül Şamilqızı Feysbuk hesabında yazıb.

"Bir neçə gün öncə cümhuriyyət dövrünü araşdıran dostlarımızdan Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin dar gündə sirdaşı, həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın məzarının da "Əsri" məzarlığının xristian bölməsində olduğunu, amma o zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin belə, bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı. Uzatmayım, bu gün Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi. Oradan yenə ümidlə "Əsri" məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onları aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur.

Bu arada söhbət edərkən Zeynəb xanıma Rəsulzadənin xanımı Leyla xanımın da "Əsri" məzarlığında olduğunu dedim. "Biz onu bulduq", - dedi. Həyəcandan nəfəsim kəsiləcək kimi oldu. Dəqiləşdirməyə çalışdım. Zeynəb xanım bildirib ki, daha öncə də Vanda xanımın məzarı ilə maraqlanıblar. Hər dəfə isə "xristian qəbiristanlığında olub, kimsəsiz olduğu üçün yeri itib" cavabını veriblər. Çünki heç yerdə Vanda adına rast gəlinməyib. Təsadüfən dəftərlərin birində Zeynəb xanımın gözü Rəsulzadə soyadlı bir xanıma sataşıb. Orada ad Vanda kimi deyil, Leyla adı ilə qeyd olunub. Leyla Rəsulzadə, Əsri qəbiristanlığı, 504-cü sıra, 55 nömrəli məzar, - deyə Şamilqızı qeyd edib.
 


Könül Şamilqızı qəbiristanlığın Erol Güngör adlı məsul şəxsilə birlikdə qeyd olunan ünvana gedib:

"Məzarın yerini tapdıq. Başdaşı qırılmışdı. Üzərində Leyla adını göstərən qeyd qalmamışdı. Anna dəfdərdə Leyla Rəsulzadənin qarışısında göstərilən ünvan, yuxarı və aşağıdakı şəxslərin məzarlarının ünvanları məzarın Leyla xanıma aid olduğunu deməyə əsas verir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM