Reyhan Camalovanın adı “Forbes” jurnalında

11:45 | 27.03.2018
Reyhan Camalovanın adı “Forbes” jurnalında

Reyhan Camalovanın adı “Forbes” jurnalında

Gənc azərbaycanlı ixtiraçının adı "Forbes” jurnalına düşüb.

Anews.az xəbər verir ki, 15 yaşlı ixtiraçı Reyhan Camalova "Forbes”in gənc araşdırmaçılar siyahısına düşə bilib.

Qeyd edək ki,  Reyhan Camalovanın ixtirası Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində təmsil olunub. Gənc ixtiraçı yağış suyundan enerji istehsal edən "Reynerci” (Rainergy) qurğusunu yaradıb.

O, həmçinin bu ilin yanvar ayında "ASAN xidmət”in İdeya müvəkkili vəzifəsinə təyin olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb