Rza Zarrab həbsdə qaldı

12:17 | 26.05.2016
Rza Zarrab həbsdə qaldı

Rza Zarrab həbsdə qaldı

ABŞ məhkəməsi biznesmen Rza Zarrab-ın girovluğa buraxılmasına dair vəsatəti təmin etməyib. Onun "nəhəng” resurslarının onun cinayət təqibindən gizlənməsinə imkan verdiyi əsas gətirilib.

Mayın 25-də Nyu Yorkda keçirilən məhkəmədə prokurorlar Zarrabı "güclü əlaqələri, sərvəti və nüfuzu olan beynəlxalq biznesmen” kimi təsvir edib, onun ABŞ-dan qaça biləcəyini deyib.

İran-Türkiyə vətəndaşı Zarrab martda Mayamidə saxlanıb. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur.

Ona qarşı ittihamlar təsdiqlənərsə, on illər boyunca həbs cəzası çəkə bilər.

Rza Zarrab türkiyəli müğənni Ebru Gundeş-in əridir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM