Roma Papası Ermənistan və Azərbaycanı sülhə çağırıb

17:08 | 08.01.2024
Roma Papası Ermənistan və Azərbaycanı sülhə çağırıb

Roma Papası Ermənistan və Azərbaycanı sülhə çağırıb

Roma Papası Fransisk Ermənistan və Azərbaycanı sülh bağlamağa çağırıb. Bu barədə Tacc agentliyi yazıb. 
 
O həmçinin Qafqazdakı gərginlikdən narahatlığını ifadə edib.  
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri təklif edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "3+3" formatında Türkiyə və İranın iştirakı ilə imzalana bilər. 
 
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir. 

Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.

 Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. 
 
Gülnar Nazimqızı 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM