Roman janrı gözümüzün önündə ölməkdədir

20:54 | 26.05.2014
Roman janrı gözümüzün önündə ölməkdədir

Roman janrı gözümüzün önündə ölməkdədir

Vaxt var idi, roman sənətin aparıcı qüvvələrindən idi. Amma o dövr artıq keçib. Roman gözümüzün önündə ölməkdədir.

Rəqəmsal erada nəinki kitab oxuyanların sayı azalır, həm də böyük mətnlərə maraq azalır. Bunu Britaniyanın “Guardian” qəzetində yazıçı, jurnalist Will Self yazır.

 

Müəllif qeyd edir ki, rəqəmsal inqilab kitab dükanlarının sayının azalması ilə nəticələnib və bu proses davam edir.  Gələcəkdə insanlar hər növ mətnləri əsasən İnternetdə oxuyacaqlar.

Bu həm də onların sosial şəbəkələrdə vaxt keçirdiyi yerdir. Eləcə də filmə baxdıqları, TV proqramları izlədiyi, xəbər saytlarına baxdığı yer. Onlar uzun mətnlər oxumaq üçün bir-biri ilə ünsiyyətdən və başqa on-line işlərdən imtina edərlərmi?

 

Onun fikrincə, ciddi romanlar gələcəkdə də yazılacaq və oxunacaq. Amma bu yalnız dar bir oxucu kütləsi üçün maraqlı olacaq. Necə ki, məsələn, klassik musiqi ölməyib, amma qədimi musiqiyə marağı olan məhdud bir təbəqəni maraqlandırır. Ona görə də kənardan maliyyələşməyə ehtiyacı var. Mədəniyyətin aparıcı qüvvəsi funksiyasını itirib.

Ədəbi cameənin roman janrının çətin oxunması ilə bağlı tənqidlərə müqavimət göstərməsi isə sadəcə, ölümün yaxınlaşması haqda xəbərdarlıqlara təhtəltüşür reaksiyadır.

 

Romanın çağdaş dövrə uyğunlaşması, məsələn sosial şəbəkədə postlar formasında, tvit-tvit yazılması mümkün deyil.

 

Müəllif qeyd edir ki, onun ciddi nəsr əsərləri saydıqlarını gənc nəsil oxumaya bilər, amma bu o demək deyil ki, onları buna görə savadsız saymaq olar. Məsələn, “ciddi nəsr əsərlərini oxumamaq” hansısa gəncin rok musiqisində zirvələr fəth etməsinə mane ola bilməz.

 

Bu səbəbdən Will Self yazarlıq kurslarındakı tələbələrinin hər birindən soruşur ki, həyatının 20-30 ilini təklikdə, necə deyərlər “təkadamlıq kamerada” keçirmək istərdinmi? Əgər bu sənlik deyilsə, yazıçılığın daşını at getsin...

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM