Rusiya baza söhbətini təkzib edir

22:12 | 18.05.2016
Rusiya baza söhbətini təkzib edir

Rusiya baza söhbətini təkzib edir

Rusiya Suriyanın Palmira şəhərində, UNESCO-nun dünya irsi saydığı ərazidə hərbi baza tikməsi barədə məlumatları təkzib edir.

Mayın 17-də Rusiya ordusu bu düşərgəni "müvəqqəti” adlandırıb, deyib ki, buradan partlayıcılar üzrə ekspertlər istifadə edir, onlar İslam Dövləti (İŞİD) yaraqlılarından qalan minaları təmizləyirlər.

Ordu düşərgənin tikilməsinə Suriya hökumətinin icazə verdiyini bildirib.

Ancaq Suriyanın antik məsələlər üzrə departamentinin rəhbəri "Associated Press” agentliyinə deyib ki, ondan soruşsaydılar, Rusiyaya bu düşərgəni tikməyə icazə verməzdi.

UNESCO rəsmisi də bildirib ki, düşərgənin arxeoloji sahə yaxınlığındakı bufer zonada yerləşib-yerləşmədiyi aydın deyil, ancaq tarixi obyektə təhlükə yaratmır.

Suriya qüvvələri, Rusiya hava zərbələrinin dəstəyilə Palmiranı martda azad edib, ancaq şəhər ətrafında döyüşlər davam edir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb