"Rusiya bizdən hərbi yardım istəyə bilər" - Sarkisyanın müavini

16:58 | 04.10.2017

"Rusiya bizdən hərbi yardım istəyə bilər" - Sarkisyanın müavini

"Əgər Ermənistana Rusiyanın hərbi köməyi lazım olsa, Moskvadan bunu xahiş edə bilərəm"

AzVision.az "news.am”-a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini (müdafiə naziri Vigen Sarkisyandır-red) Artak Zakaryan parlamentdə Ermənistan və Rusiya qoşunlarının birləşməsi ilə bağlı reqlamentin müzakirəsində bildirib.

"Çıxış” bloku fraksiyasının sədri Qevork Qorqisyanın Rusiya hansı hallarda Ermənistana hərbi kömək edə bilər sualına cavab olaraq vurğulayıb ki, hərbi kontingentin göndərilməsi ilə bağlı qərar hər iki tərəfin razılığı ilə həyata keçirilir: "Əgər Ermənistanın Rusiyadan hər hansı bir texnika və bölüyə ehtiyacı olsa, onda bunu Rusiya tərəfindən istəyə bilər. Eyni qayda da Rusiya Silahlı Qüvvələri də bizdən hərbi yardım istəyə bilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb