Rusiya Dövlət Duması Azərbaycanla iclas keçirəcək

14:20 | 24.01.2017
Rusiya Dövlət Duması Azərbaycanla iclas keçirəcək

Rusiya Dövlət Duması Azərbaycanla iclas keçirəcək

Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib.
 
Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski 2017-ci il üçün parlamentlərarası əməkdaşlıq prioritetlərinin MDB və BRİKS ölkələri olacağını söyləyib. Dumanın MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov MDB xətti ilə keçiriləcək tədbirlərin artdığını bildirib.
 
O, Dövlət Dumasının 2017-ci ildə Azərbaycan və Qırğızıstanda birgə iclaslar keçirəcəyini söyləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb