Kalininqraddan havaya qalxan Rusiyaya məxsus "SU-24" qırıcı təyyarələri Polşa sahilləri boyunca uçaraq, Baltik dənizindəki İsveçə məxsus Eland adası üzərində alçaq məsafədə görünüblər.
ANN.Az-ın "inforesist.org"a istinadən verdiyi xəbərə görə, İsveç təyyarələri havaya qalxandan sonra Rusiya qırıcıları bazalarına qayıdıblar. İsveç hökuməti hadisə barəsində məlumatlandırılıb. İsveçin müdafiə nazirliyi insident barədə şərh verməkdən imtina edib.
Estoniyanın prezidenti Tomas Hendrik İlves mətbuata açıqlamasında bildirib ki, İsveçin xarici işlər naziri ilə regionun təhlükəsizliyi məsələsi müzakirə edilrəkən ruslar təxribat törədiblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !