Rusiya müdafiə nazirindən Qərbə açıq TƏHDİD

14:12 | 11.12.2013
Rusiya müdafiə nazirindən Qərbə açıq TƏHDİD

Rusiya müdafiə nazirindən Qərbə açıq TƏHDİD

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Aralıq dənizindəki hərbi gəmilərini geri çəkməyəcəklərini deyib. Qaynar.info xəbər verir ki, Şoyqu bunu prezident Vladimir Putinin də qatıldığı hərbi toplantı zamanı deyib. "Rusiyanın milli maraqlarını qorumaq üçün iyun ayında Aralıq dənizində sürətli komandanlıq yaradıldı. Bu gün sözügedən bölgədə hərbi dəniz donanmasına aid hərbi gəmilər yerləşdirilib" deyə müdafiə naziri bildirib. Rusiya müdafiə naziri bundan başqa Şimal Qüetbündə də hərbi qüvvələrin yerləşdiriləcəyini və Frans-İosif Torpağı və Novosibirski adasında hərbi aerodromlar yaratmağı planlaşdırdıqlarını da qeyd edib. Şoyqu Putinə təqdim etdiyi hesabatda Belarusda hərbi hava bazasının yaradılacağını da deyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb