Rusiya və İran Xəzərdə birgə hərbi təlimlər keçirəcək

16:01 | 19.10.2015
Rusiya və İran Xəzərdə birgə hərbi təlimlər keçirəcək

Rusiya və İran Xəzərdə birgə hərbi təlimlər keçirəcək


Xəzər dənizində Rusiya-İran birgə hərbi-dəniz təlimləri keçiriləcək.
 
APA-nın "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Əhməd Reza Bakeri bildirib. O qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus 3 raket  gəmisi Həştərxana yola düşüb. Gəmilərin səfəri 14 gün davam edəcək.
 
Əhməd Reza Bakerinin sözlərinə görə, İran gəmilərinin Rusiya və Azərbaycan limanlarına yan alması donanmalar arasında əlaqələrin gücləndirilməsi və dənizçilərin təlimləri ilə bağlıdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM