Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllində real nəticələr əldə etmək üçün...

16:31 | 28.06.2016
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllində real nəticələr əldə etmək üçün...

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllində real nəticələr əldə etmək üçün...

 "Dağlıq Qarabağ problemini həlli ilə bağlı danışıqlar prosesi mövcuddur. Münaqişənin həlli üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirilir".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.
 
Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirildiyini, görüşün nəticəsi olaraq birgə bəyanat imzalandığını qeyd edən M. Zaxarova tərəflər arasında əldə olunan razılaşmaların bəyanatda əksini tapdığını qeyd edib: "Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real nəticələr əldə etmək üçün ictimai ritorikadan yayınmaq lazımdır. Ona görə yox ki, biz danışıqlar prosesində əldə olunan nəyisə gizlədirik, sadəcə, burada kimin neçə xal qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir. Danışıqlar prosesində konkret nəsə olsa, biz mütləq bu barədə ictimaiyyəti məlumatlandıracağıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb