Rusiyada 22 yaşlı azərbaycanlının məhkəməsi başlayır

17:09 | 10.12.2013
Rusiyada 22 yaşlı azərbaycanlının məhkəməsi başlayır

Rusiyada 22 yaşlı azərbaycanlının məhkəməsi başlayır

Rusiyanın Voloqda şəhər Məhkəməsində terrorçuluqda təqsirləndirilən 22 yaşlı Azərbaycan vətəndaşı Fərid Fətullayevin işi üzrə məhkəmə prosesi keçiriləcək.APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, F.Fətullayev 2009-2013-cü illərdə dini zəmində nifrət oyadan, terrorçuluq və ekstremist fəaliyyətinə çağıran materiallar yerləşdirib. Bundan başqa, F.Fətullayev öz tanışlarını Şimali Qafqaz ərazisində fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrə cəlb etməyə cəhd edib. Onun barəsində terrorçuluq və ekstremist fəaliyyətinə, dini düşmənçiliyin qızışdırılmasına çağırış və terrorçu fəaliyyətə bəraət qazandırma ittihamları əsasında Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb