Rusiyadan ABŞ-a qarşı ittiham: "Bu, de-fakto terrorçulara dəstəkdir"

12:40 | 29.09.2016
Rusiyadan ABŞ-a qarşı ittiham:

Rusiyadan ABŞ-a qarşı ittiham: "Bu, de-fakto terrorçulara dəstəkdir"

"Biz bunu de-fakto olaraq ABŞ tərəfindən terrorçulara dəstək kimi qiymətləndiririk"

ANN.Az rus mediasına istinadla xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ hökumətini de-fakto terrorçulara dəstək verməkdə ittiham edib.

O bildirib ki, Suriyadakı vəziyyətlə bağlı olan və Rusiyaya qarşı yönəlmiş ABŞ təhlükəsi de-fakto terrorçulara dəstəyin nümunəsidir.

"Bizim eşitdiyimiz siqnalların ultimativ tonu narahat edir. Bu, bizə və terrorla mübarizə aparanlara qarşı açıq-aşkar həyasız təhdidə qədər gəlib çatıb. Biz bunu de-fakto olaraq ABŞ tərəfindən terrorçulara dəstək kimi qiymətləndiririk", - deyə Ryabkov qeyd edib.

O vurğulayıb ki, Rusiya xarici işlər nazirliyi Suriya münaqişəsinin yalnız diplomatik yolla həll olunmasının mümkün olduğunu bəyan edir.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb