Rusiyalı paralimpiyaçılarına zərbə

16:43 | 29.01.2018
Rusiyalı paralimpiyaçılarına zərbə

Rusiyalı paralimpiyaçılarına zərbə

Rusiya paralimpiya yığmasının martın 9-dan 18-nə kimi Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Paralimpiya Oyunlarında iştirakına icazə verilməyib.

Anews.az xəbər verir ki, bu barədə "Deutsche Welle” Beynəlxalq Paralimpiya Komitəsinə istinadən məlumat yayıb.

Habelə Bonn şəhərində qərarlaşan komitənin bəyanatına görə, rusiyalı idmançılar dopinqdən istifadə etmədiklərini sübuta yetirəcəkləri təqdirdə, oyunlarda neytral bayraq altında çıxış edə biləcək.

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsi də analoji qərar qəbul edərək, rusiyalı atletlərin 9-25 fevral tarixlərində (2018) keçiriləcək Pxençxan Olimpiya Oyunlarında iştirakına qadağa qoymuşdu. Bəzi rusiyalı atletlərin neytral bayraq altında iştirakına icazə verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb