Rusiyalılar ermənilərə qarşı ayağa qalxdılar – VİDEO

18:21 | 10.12.2013
Rusiyalılar ermənilərə qarşı ayağa qalxdılar – VİDEO

Rusiyalılar ermənilərə qarşı ayağa qalxdılar – VİDEO

Etirazçıların əsas hədəfi isə iki erməni kafesidir.Rusiyanın Arzamas şəhərində antimiqrant iğtişaşları başlayıb.ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya KİV-in verdiyi məlumata görə, polis iğtişaşlarda iştirak edən onlarla şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin Nijeqorod əyaləti üzrə Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi bildirib ki, saxlanılan gənclər sərxoş vəziyyətdə olublar.Yerli sakinlər bir neçə mağazanın vitrinini sındırıblar. Etirazçıların əsas hədəfi isə iki erməni kafesidir. Sakinlər həmin kafelərin bağlanmasını tələb ediblər.Toqquşmaların baş verməsinə səbəb isə dekabrın 7-də 26 yaşlı tələbə Aleksandr Slakayevin münaqişə zəminində Ermənistan vətəndaşına məxsus “Oçak” adlı kafedə öldürülməsi olub.Artıq ölüm faktında şübhəli bilinən 1982, 1972 və 1986-cı il təvəllüdlü üç nəfər saxlanılıb. Münaqişənin milli deyil, məişət zəminində baş verdiyi bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb