Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

16:47 | 25.03.2021
Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

Rusiyanın bir neçə şəhərindən Azərbaycana uçuşlar dayandırıldı

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi (Rosaviasiya) Rusiyanın beş şəhərindən Azərbaycana uçuşlar üçün icazəni ləğv edib, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Martın 23-də keçirilən iclasdan sonra Federal Hava Nəqliyyatı Agentliyi Azərbaycana uçuşlar üçün "İjavia" aviaşirkətinə verilmiş icazənin ləğvi barədə qərar qəbul edib. Qərarın hava nəqliyyatı şirkətinin ərizəsi əsasında verildiyi bildirilib. İcazəsi ləğv olunan aviareyslər bunlardır: Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı. 


Bundan əlavə, qurum, "Red Wings" aviaşirkətinin Krasnoyarsk-Bakı reysinə olan icazəni də ləğv edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb